Sizin reklam burada
Sizin reklam burada

Mehriban xanım Əliyevanın humanizm və ədalətə əsaslanan fəaliyyəti

Mehriban xanım Əliyevanın humanizm və ədalətə əsaslanan fəaliyyəti



Böyük tarixə, mədəni irsə malik olan Azərbaycan xalqı həmişə öz mərdliyi, şücaəti ilə seçilən, vətən və xalq amalı üçün özünü qurban verən, vətənin dar günündə ön sıralarda mübarizə bayrağını dalğalandıran qadınları var olmuşdur. Tariximiz mərdlik, igidlik, namus, qeyrət simvolu olan qadınlarımız ilə zəngindir. Bunu dövrünün ən böyük imperiyasına qalib gələn Tomrisdə, İstanbulu fəth edən Fatehlə diplomatik danışıqlar aparan Sara Xatunda, Çar Rusiyasının boyundurğuna tabe olmayan Xurşudbanu Nətavanda görmək olar.

Heç təsadüf deyil ki, qadınları bu qədər qorxmaz olan və qadınlara yüksək dəyər verən Azərbaycan, həmçinin müsəlman şərqində qadınlara ilk seçki hüququ verən demokratik respublika olmuşdur.

Müstəqillik dövründə də respublikanın həyatında qadınların rolu daim aparıcı mövqeyə malik olmuşdur. “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda yeni bir mərhələnin başlanğıcı hesab edilən 2017 ci ilin fevralın 21-də Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi Azərbaycan cəmiyyətində qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.

Mehriban xanım Əliyeva dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci Vitse-prezidenti təyin edildikdən sonra Təhlükəsizlik Şurasının keçirilən iclasında bu fikirləri bildirmişdir:”Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam.” Mehriban xanım Əliyevanın respublikanın inkişafı yolunda çoxşaxəli fəaliyyəti onun bu təyinatını şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev həmin iclasda bu fikirləri bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir”.

Azərbaycan xalqının taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanımın müstəqil Azərbaycanın demokratik dövlətçiliyinin möhkəmlənməsi yolunda apardığı səngiməz ideoloji mübarizəsinə, bu şərəfli yolda prezident İlham Əliyevlə birlikdə addımlamağına, ümumən müstəqilliyi bərpa etdikdən bu günədək gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin həcmini təsəvvür etmək elədə çətin deyil. Daim xalqının rifahı üçün çalışan ölkənin mərd qızı müstəqil Azərbaycan üçün çox böyük əhəmiyyət malik işlər görmüşdür. Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəni cəmiyyətin ən həssas təbəqəsindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr edib. Daha sonra Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Sağlamlığını itirmiş həmin hərbi qulluqçular onun tapşırığı ilə yüksək texnologiyalı protezlərlə təmin olunublar.

Mehriban xanım Əliyeva Azərbaycanı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edir və şərəfləndirir. Siyasəti mərhəmət və şəfqətlə çuğlaşdıran, hər bir sahədə xoş məramı ilə fərqlənən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti mənsub olduğu xalqa sevgidən qaynaqlanır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti olan muğam sənəti yenidən inkişafa başlamaqla yanaşı, həmçinin beynəlxalq arenalarda da təmsil olunmuşdur. Qəbələdə musiqi festivalı, Bakıda muğam festivalları təşkil olunmuşdur. Həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızda mötəbər idman yarışları keçirilmişdir. Bunlardan ən başlıcası 2015-ci ildə keçrilən birinci Avropa Oyunları və 2017-ci ildə keçrilən 4-cü İslam Həmrəylik Oyunlarını diqqətə çatdırmaq olar.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.

Öz xeyirxahlığı və insansevərliyi sayəsində həm milli, həm də beynəlxalq səviyyədə milyonlarla insan üçün örnək olan parlaq bir şəxsiyyət kimi böyük hörmət və nüfuz qazanmış Mehriban xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini 26 avqust - Doğum günü münasibətlə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.




İlqar Nəzərov,
“Şərq” İstehsalat Birliyinin baş direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ