Sizin reklam burada
Sizin reklam burada

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan "Heydər Əliyev Məktəbi"ndə dərslər davam etdirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat və fəaliyyətini öyrənilməsi və gənc nəslə çatdırılması məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq “Heydər Əliyev Məktəbi”ndə məktəblilər üçün məşğələlərin təşkili davam edir. "Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən növbəti dərsdə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin 9 və 10-cu siniflərinin şagirdləri iştirak ediblər. Əvvəlcə şagirdlər Mərkəzin əməkdaşlarının müşayiəti ilə ekspozisiya zalında Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən tarixi fotolardan ibarət stendlərə tamaşa edib, ətraflı məlumatlar əldə ediblər. Tarix müəllimi Afaq Rəhimova mövzuya dair geniş mühazirə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənib və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Xalqının taleyi, gələcəyi, qayğıları ilə maraqlanan dahi şəxsiyyət xalqın tələbini geri çevirməyərək ən çətin anda ölkəmizə rəhbərlik məsuliyyətini qəbul edib. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, xalqın Ümummilli Lideridir. Dərsin sonunda şagirdlər Mərkəzin kino zalında Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında sənədli filmə tamaşa ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ