
Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlərin nəzərinə!
- - - - -
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 18 sentyabr tarixdən 20 sentyabr 2023-cü il tarixədək yerli rayon (şəhər) üzrə təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Vakansiyalarla bağlı keçid linki:
https://docs.google.com/.../1wU19x8IsBYO_RWy.../edit...