Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev: Dühası hər bir azərbaycanlının taleyində yaşayan dahi

Heydər Əliyev: Dühası hər bir azərbaycanlının taleyində yaşayan dahi

Liderləri qalib edən nədir? Elə bir konkret keyfiyyəti ayırmaq çətindir ki, o qalibi məğlubdan fərqləndirsin. Liderlik ətrafında yaranan situasiyalar müxtəlif olur. Hər bir böhran liderə meydan oxuyur. Amma qalib gələn liderlərə məğlubiyyətlə barışmamaq qabiliyyəti xasdır. Onlar üçün qalibiyyətin alternativi yoxdur, odur ki, qələbə yolunu əvvəlcədən düşünür və əllərində olan bütün ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.
Əsrlərin sınağından çıxmış liderliyin «Qələbə qanunu»nun ifadəsi olan bu sözlər bütünlükdə türk dünyasının əvəzolunmaz lideri Heydər Əliyev şəxsiyyətində ifadəsini tapmışdır. İki mərhələ üzrə Azərbaycana başçılıq etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə respublikanın üzləşdiyi ən çətin, bəlkə də başqa dövlət başçılarının öhdəsindən gələ bilmədiyi problemləri aradan qaldıran ulu öndər Heydər Əliyev qətiyyət, cəsarət tələb edən «güclü həmlə» qanunundan bəhrələnməyi də bacarırdı. Keçmiş SSRİ tarixində Siyasi Büro üzvlüyündən uzaqlaşdırılanlar arasında Heydər Əliyev istisna şəxsiyyət idi ki, xalqının qəlbində əbədi yaşayır. Siyasi analitiklərin sözləri ilə deyilsə öz komandası olmayan keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ən güclü rəqibi ulu öndər Heydər Əliyev idi. Ermənilərin havadarı kimi artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»ni dəstəkləyən Qorbaçov ulu öndər Heydər Əliyevin zəkası qarşısında aciz olduğunu sonralar etiraf etmiş, onu təcrübəli siyasətçi adlandırmışdı. Siyasi fəaliyyəti dövründə «Bu sadəcə mümkün deyil! Bunu etmək olmaz!» sözləri dahi lider Heydər Əliyev üçün yad idi. «Əgər istək varsa, imkan da olacaqdır» ifadəsinin hikmətinə inanan ulu öndər Heydər Əliyev üçün Uinston Çörçillin bu sözləri daha xarakterik idi: « Və bax, budur dərs: Heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.» Dərin təhlil, konseptual düşünmək, səbəb-nəticə əlaqələrini üzə çıxarmaq qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi.
Kremldə çalışan, müxtəlif millətləri təmsil edən rəsmi şəxslərin o vaxt SSRİ Nazirlər Sovetinin Birinci müavini kimi ölkə iqtisadiyyatının ən ağır səhələrinə nəzarət edən Heydər Əliyev haqqında söylədikləri yüksək fikirlər Ulu Öndər haqqında yayılan böhtanlardan daha kəsərli və inandırıcı idi.
Siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanı iqtisadi tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi, . İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhranla üzləşən respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.
Düzgün adam həqiqəti hər yerdə deyir, ağıllı adam isə həqiqəti lazım olduğu zamanda söyləyir» müdrik kəlamının hikmətini əməlləri ilə təsdiqləyən, dövlətçilik salnaməmizi müdrikliyi ilə zənginləşdirən Ulu Öndər arzusunda olduğu istəklərini «Əsrin müqaviləsi» kimi qlobal layihəni reallaşdırmaqla həyata keçirdi.


Nailə Məmmədova,
Mingəçevir şəhər Texniki Humanitar Liseyin direktoru



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ