Sizin reklam burada
Sizin reklam burada

“Sərhədsiz Reportyorlar”: “İran KİV işçilərinə qarşı təzyiqləri davam etdirir”

“Sərhədsiz Reportyorlar”: “İran KİV işçilərinə qarşı təzyiqləri davam etdirir”
İran kütləvi informasiya vasitələri işçilərinə qarşı təzyiqləri davam etdirir.

İranda etirazlar başlayandan 16-sı qadın olmaqla ən azı 55 jurnalist həbs edilib. Onlardan 27-si hələ də həbsdədir. Bəzi jurnalistlər ağır həbs cəzalarına məhkum ediliblər.

Bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatı məlumat verib.

“Lakin bir çox jurnalistlər və müxbirlər heç də az inadkar deyillər: hər yerdə hiss olunan təhdidlərə baxmayaraq, onlar cəsarətlə işlərini davam etdirirlər. Dünyanın İran rejiminin qəddarlığı haqqında öyrənməsi vacibdir”, - deyə məlumatda bildirilib.

İran hakimiyyəti aktivist Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan iki jurnalisti vətənə xəyanətdə və ABŞ kəşfiyyat orqanlarında işləməkdə ittiham edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ