Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub



Şəmkirdə yanğın hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınıb.

Dəllərcəyir yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ