Sizin reklam burada
Sizin reklam burada

Bu vərdiş sizi kar edə bilər - XƏBƏRDARLIQ

Bu vərdiş sizi kar edə bilər - XƏBƏRDARLIQ





Alimlərin apardıqları araşdırma nəticəsində məlum olub ki, qulaqlıqlardan istifadə nəticəsində 1 milyarddan çox insanın eşitmə funksiyasının risk altında olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, elmi tədqiqatın nəticələri “BMJ Global Health”da dərc olunub.

Araşdırmaya görə, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Qeyd edilir ki, bu səbəbdən gələcəkdə bir çox insan eşitmə qabiliyyətini itirəcək. Tədqiqatçılar bu qənaətə gəliblər ki, yüksək səs qulağa zərər verir. Qulaqlıqla musiqi dinləməyin və konsertdə yüksək səsin erkən yaşlarda eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola biləcəyini vurğulayan alimlər, 12-34 yaş arası şəxslərin qulaqlıqdan sağlamlığa zərərli şəkildə istifadə etdiyini ortaya çıxarıblar.

Cənubi Karolina Universitetinin tədqiqatçısı Lauran Dillard yüksək səsin duyğu hüceyrələrini zədələdiyini və qulağa təhlükə törətdiyini bildirib. Dillard, yüksək səsə məruz qalmanın davam etdiyi təqdirdə, qulağın ağır zədələndiyini və insanın eşitmə qabiliyyətindən məhrum olduğunu vurğulayıb. Mütəxəssislər, qulaqlıqlı telefonda dinlənilən musiqinin səsinin 105 desibelə çata biləcəyini, konsert məkanlarında orta səs səviyyəsinin isə 104-112 desibel arasında olduğunu bildiriblər.

Alimlər tövsiyə edirlər ki, eşitmə sağlamlığı üçün musiqi təhlükəsiz səsdə dinlənməli və səs insan sağlamlığı üçün təhlükəsiz səviyyədə saxlanılmalıdır. O da tövsiyə olunur ki, qulaqlıqdan istifadəni tamamilə aradan qaldırmaq əvəzinə bəzi ehtiyat tədbirləri görülməlidir. Qeyd edilir ki, dinləmə müddətini və səsi azaltmaq, kar olmağın qarşısını almaq üçün ən yaxşı tədbirdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ