Sizin reklam burada
Sizin reklam burada

Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar sözü verdi

Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar sözü verdi
Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Danışıq zamanı Makron Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarla yeni anti-Rusiya sanksiyaları üzərində işləyəcəyinə söz verib.

Bu barədə Yelisey sarayından məlumat verilib.

“Prezident Fransanın avropalı tərəfdaşları ilə birlikdə yeni sanksiyalar üzərində işləmək niyyətini təsdiqləyib”, - deyə məlumatda qeyd edilib.

Bundan başqa, Makron Ukrayna ərazilərində keçirilmiş qondarma referendumlar və sonradan bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə razılaşmadığını da təsdiq edib.

Fransa lideri həmçinin vurğulayıb ki, ölkə tam suverenlik və ərazi bütövlüyünün bərpası yolunda Ukraynaya yardımın tərəfdarı kimi çıxış edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ