Sizin reklam burada
Sizin reklam burada

Qənirə Paşayeva rəsmi nikahı olmayan şəhid xanımları ilə bağlı məsələ qaldırdı

Qənirə Paşayeva rəsmi nikahı olmayan şəhid xanımları ilə bağlı məsələ qaldırdı



“Bəzi şəhidlərimiz evlənib, ailə qurub, amma rəsmi nikahda olmayıblar”.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bununla bağlı məsələ qaldırıb.

Onun sözlərinə görə, qeyri-rəsmi nikahı olan şəhidlərin həyat yoldaşları da şəhid ailəsi kimi tanınmalıdırlar:

“Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma müvafiq status verilmir. O, körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq”.

Deputat bildirib ki, bir neçə şəhid ailəsi də eyni problemlə üzləşib.

“Mən xahiş edirəm, bu məsələyə baxılsın”, - deyə o təklif edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ