Sizin reklam burada
Sizin reklam burada

Bakıda binalara dini şüarlar yazan 18 yaşlı oğlan həbs edildi

Bakıda binalara dini şüarlar yazan 18 yaşlı oğlan həbs edildi



Bakıda binaların divarlarına dini məzmunlu antitəbliğat yazıları yazan 18 yaşlı oğlan tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları Atatürk prospekti 62A və digər ünvanlarda binaların divarına siyasi-dini məzmunlu şüarlar yazan şəxsi müəyyən ediblər.

Belə ki, polis əməkdaşları antitəbliğat yönümlü yazılar yazmış və əlində qara rəngli sprey boya olan bir nəfəri görüb ona yaxınlaşıblar. Polislər özlərini təqdim etdikdən sonra həmin şəxsi Binəqədi RPİ-nin 5-ci Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək onlarla mübahisə etməyə başlayıb və heç bir qanuni tələbə məhəl qoymayaraq bölməyə getməkdən imtina edib.

Bundan sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 5-ci Bölməsinə gətiriblər və bölmədə onun Zəngilan rayon Əmirxanlı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Buludov (şərti ad-soyadlı) olması müəyyən edilib. Onun sosial şəbəkələrdə də radikal formada dini məzmunlu paylaşımlar etdiyi məlum olub.

Polis bölməsində 18 yaşlı S.Buludov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Sadiq Buludova bir ay müddətinə həbs cəzası verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ