Sizin reklam burada
Sizin reklam burada

Rusiya aviaşirkəti Sankt-Peterburq-Bakı marşrutu üzrə uçuşlara başlayacaq

Rusiya aviaşirkəti Sankt-Peterburq-Bakı marşrutu üzrə uçuşlara başlayacaq



İyulun 1-dən Rusiyanın “UTair” aviaşirkəti Bakı-Sankt-Peterburq marşrutu üzrə uçuşlara başlayacaq.

“Bu il biz Azərbaycana marşrut şəbəkəsini xeyli genişləndirmişik. İlin əvvəlindən Moskvadan Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən isə Bakıya birbaşa reyslər açılıb. İyun ayında Qroznı və Ufadan Bakıya aviareys açdıq, iyuldan isə Sankt-Peterburqdan uçuşlara başlamağı planlaşdırırıq. Sərnişinlərimiz həm Rusiyada, həm də MDB məkanında birbaşa uçuşlar həyata keçirə bilsinlər deyə yeni marşrutlar açmağa davam edəcəyik”, - deyə “Utair-Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semyonov bildirib.

Bakı-Sankt-Peterburq istiqamətində uçuşlar bazar ertəsi və cümə günləri “Boeing 735” təyyarəsi ilə planlaşdırılır. Səyahət vaxtı 4 saat 5 dəqiqə təşkil edəcək.

Biletləri daşıyıcının saytında əldə etmək olar. Biletlər üç tariflə (Premium, Optimum və Minimum) satılır.

Mənbə: İnterfaks-Azərbaycan

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ