Sizin reklam burada
Sizin reklam burada

Poliklinikalar və kənd sahə xəstəxanalarının bazasında ASM-lər yaradılıb

Poliklinikalar və kənd sahə xəstəxanalarının bazasında ASM-lər yaradılıb


Rayon mərkəzi xəstəxanalarında, o cümlədən də ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır. Belə ki, poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, Ailə həkimi modelinin tətbiqinə başlanılıb.

TƏBİB-dən verilən xəbərə görə, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir. İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının həkimləri (terapevt, pediatr, cərrah və d.) tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.

Məntəqələrə gələ bilməyən vətəndaşların yaşayış ünvanlarında tibbi müayinəsi aparılıb. Ümumilikdə, tibbi müayinələrdən 100-dən çox vətəndaş yararlanıb. Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ