Sizin reklam burada
Sizin reklam burada

Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO

Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO
Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO
Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO
Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO
Novruz Aslanov seçicilərin problemlərini dinlədi - FOTO
AİA.Az xəbər verir ki, Millət vəkili Novruz Aslanov may ayının 20-də İsmayıllı rayonunun Buynuz, Topçu və İvanovka kəndlərində səyyar qəbullar keçirib. Qəbuldan öncə Buynuz kəndində xalq şairi Musa Yaqubun qəbri ziyarət edilib. İvanovka kəndində ağsaqqallarla keçirilən görüşdə kənd sakinlərini maraqlandıran məsələlər nəzərdən keçirilib.

Qəbullarda qaldırılan məsələlər yerli problemlərlə yanaşı, şəxsi məişət problemlərindən də ibarət olub. Əsasən sosial yönümlü problemlər, torpaqla bağlı məsələlər və digər mövzular ətrafında müzakirələr aparılıb. Bir çox məsələlər operativ surətdə yerində həllini tapıb. Müvafiq qurumlara aid olan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində aidiyyəti orqanlara müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.

Qəbullardan sonra millət vəkili "Niyal" insturmental ansamblının solisti Sahibə Abdullayevanın yubiley tədbirində iştirak edib, ona öz təbriklərini çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə Abdullayeva Sahibə Abbas qızı Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Həmçinin, “Tərəqqi” medalı ilə də təltif olunmuş xanəndə İsmayıllını, Lahıcı bir çox ölkələrdə, tədbirlərdə, televiziya proqramlarında layiqincə təmsil edib. Yubilyara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “100 illik Yubiley medalı” təqdim olunub.

Məlumat üçün bildirək ki, yerli sakinlərə dəstək məqsədilə onlara ərzaq məhsulları ilə humanitar yardımlar edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ