Sizin reklam burada
Sizin reklam burada

Bakıda gömrük əməkdaşına narkotik satmaq istəyən şəxs tutuldu

Bakıda gömrük əməkdaşına narkotik satmaq istəyən şəxs tutuldu



Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə - metadonun realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

Komitədən bildirilib ki, həmin məlumata əsasən, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni - 200 ədəd metadon həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb. Həmin narkotik vasitə aşkar edilərək götürülüb.

Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda metadonu Qabil Aslanova təhvil verən şəxslərin - Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə də qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş, ümumilikdə külli miqdarda narkotik vasitələr - 760 metadon həbi, 104,649 qram tiryək və psixotrop maddə - 68,175 qram metamfetamin aşkar edilərək götürülüb.

Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “metamfetamin” adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin I Siyahısı”na, “metadon” isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ