Sizin reklam burada
Sizin reklam burada

Goranboyda ağır avtomobil qəzası: İki bacı öldü, beş nəfər yaralandı

Goranboyda ağır avtomobil qəzası: İki bacı öldü, beş nəfər yaralandı
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


“Report” xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıveridyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ