Sizin reklam burada
Sizin reklam burada

Bərdədə 32 yaşlı kişi güllələnib

Bərdədə 32 yaşlı kişi güllələnib
Bərdədə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ