Sizin reklam burada
Sizin reklam burada

Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR

Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov yerli media nümayəndələri ilə görüşüb.



Modern.az xəbər verir ki, görüş zamanı rektor universitetin fəaliyyətindən, təhsil prosesindən, eləcə də təhsil haqqı, tələbələrin prakitiki fəaliyyətindən söz açıb.


Rektor çıxışı zamanı 80 faiz tələbənin dövlət sifarişi əsasında təhsil aldığını vurğulayıb. O həmçinin bildirib ki, universitetdə 350 nəfərdən artıq Rusiya, İran, Afrika ölkələrindən, Mərkəzi Asiya dövlətlərindən tələbə təhsil alır. Həmçinin, universitet xarici ali təhsil müəssisələri ilə ikili diplom siyasəti həyata keçirir.



Rektor elmi dərəcə almaq prosesinin uzun olduğu üçün təhsilalanların buna maraq göstərmədiyini bildirib. O, elmi dərəcəyə marağın artması üçün 30 yaşadək fəlsəfə doktorlarının hər birinə 3000 manat, elmi rəhbərlərinə 2000 manat, elmlər doktorluğu müdafiə edən 50 və 50 yaşaqədər olanlara 10000 manat pul mükafatı təklif olunduğunu qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ