Sizin reklam burada
Sizin reklam burada

Respublika Diaqnostika Mərkəzi aksiya elan edir

Respublika Diaqnostika Mərkəzi aksiya elan edir
Uşaqlıq boynu xərçəngi ölümlə nəticələnə bilən ciddi xəstəlikdir.

“PAP Smear” testi xərçəng hüceyrələrinin və ya uşaqlıq boynundakı patologiyaların mövcudluğunu aşkar etməyə kömək edən diaqnostika metodudur. Xəstəliyin qarşısını erkən mərhələdə almaq üçün cinsi həyata başlayandan etibarən “PAP” testdən keçmək məsləhətdir.

Nəticələr mənfi olduqda “PAP” test iki ildən bir edilə bilər. Əgər hər hansı patologiya aşkar edilərsə, müayinə hər il edilməlidir.

Uşaqlıq boynu xərçəngi ilə mübarizə ayı çərçivəsində Respublika Diaqnostika Mərkəzi aksiya elan edir. Yalnız yanvar ayında uşaqlıq boynu xərçənginin skrininqi 60 AZN olacaq.
Unutmayın ki, sağlam qadınlar ildə ən az bir dəfə ginekoloji müayinədən keçməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ