Sizin reklam burada
Sizin reklam burada

Ağalı kənd sakinləri üçün təşkil olunmuş biznes təlimlər başa çatdı - FOTO

Ağalı kənd sakinləri üçün təşkil olunmuş biznes təlimlər başa çatdı - FOTO



İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək məqsədilə kənd sakinləri üçün təşkil olunmuş biznes təlimləri başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində bir ay davam edən biznes təlimlərində 30 nəfər Ağalı kənd sakini iştirak edib.

KOBİA-nın təlimçiləri tərəfindən təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onlar biznes fəaliyyəti üçün zəruri biliklərə yiyələniblər.

Növbəti mərhələdə Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ