Sizin reklam burada
Sizin reklam burada

İsmayıllılar Milli Qurtuluş gününü qürurla qeyd ediblər

İsmayıllıda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Heydər Əliyev Mərkəzində pandemiya qaydalarına uyğun keçirilən tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə rayon icra hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra mərkəzdə davam edən tədbirdə ulu öndərin həyat yolunu əks etdirən foto sərgi və sənədli film nümayiş olunub.

Mərasimdə müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Qeyd olunub ki, 1988-1992-ci illərdə Azərbaycan parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükə sovuşub, ölkəmiz böyük inkişaf yoluna qədəm qoyub.

Vurğulanıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş uğurlu dövlət siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. Məhz bunun nəticəsidir ki, Milli Qurtuluş Gününü ilk dəfə olaraq qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ