Sizin reklam burada
Sizin reklam burada

Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı

Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı



Azərbaycanla Rusiya arasında 2021-2022-ci illər üçün məsləhətləşmələrə dair sənəd imzalanıb.

Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Azərbaycanla Rusiya arasındakı müxtəlif sahələri əhatə edən sənəd var.
C.Bayramov əlavə edib ki, S.Lavrovla görüşündə hökumətlərarası komissiyanın fəaliyyəti də müzakirə olunub.

“Düşünürük ki, bu ilin aprelində Moskvada baş tutan hökumətlərarası komissiyanın iclasında qəbul olunan qərarlar həyata keçiriləcək. Ümid edirik ki, koronavirus pandemiyası ilə bağlı azalan ticarət dövriyyəsi yenidən əvvəlki səviyyəyə qalxacaq”, - deyə C.Bayramov əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ