Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 200-dən çox şam ağacları əkiblər.
Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.