Sizin reklam burada
Sizin reklam burada

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi - FOTO

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi - FOTO


Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ