Sizin reklam burada
Sizin reklam burada

Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.

Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.


Asif Melikov ! Bu ad kimə əziz və doğma deyil ki? Bizə dünənki uşaq deyirdilər böyüklərimiz. Dünənin uşaqları artıq əsrin yarısını yaşadıq. Uşaqlıq dostum, qonşum və fəxrimiz Asifin ömrünün 50-ci səhifəsi geridə qalır. Qabaqda isə Asifi ömrünün ikinci 50-ni yaşamaq qalır.
Asif öz adını İsmayıllı, Azərbaycan və dünya İdman Tarixinə Qızıl hərflərlə yazdırıb. Bunun üçün Asifin ömür və karyera yolu İsmayıllıdan başlayıb və dünyanın nüfuzlu idman arenalarından keçib. Əldə etdiyi nailiyyətlərə böyük zəhmət sərf edib və bu gün də sevdiyi idmandan və gənc idmançılardan öz sevgisini və bildiklərini əsirgəmir. Asifin bir böyüklüyü də odur ki, özünü idmanda görmək istəyən hər kəsə əl uzadıb kömək elədi. Yadımdan çıxmaz heç zaman. Asif Dünya Çempionu olmuşdu. Azərbaycan Bayrağı Asifə görə qaldırılmışdı, Himnimiz onun Qələbəsi ilə səslənmişdi. Onun bu uğuruna bütün İsmayillılar sevinmişdi. Asif Cənab Prezident tərəfindən Şöhrət ordeninə layiq görülüb. İlin İdmançısı seçilib. Asiflə həmsöhbət olmaq da gözəldir. Sakit dayanır və qarşısında duran adamı səssiz dinləyir. Hər dəfə də görüşəndə adama təbəssümlə qarşılıq verir. Asif haqqında çox yazılıb. Amma heç bir yazıda Asifin Qəhrəman atası olduğu yazılmayıb. 44 günlük Vətən Müharibəsinin Qəhrəmanlarından biri də Asifin oğludur. Ali Baş Komandanımızın, Cənab Prezidentimizin çağırışına səs verib döyüşə atılan qəhrəman balalarımızdan biri də Asifin oğlu Məlikzadə Emindir. Asif dünyanın İdman arenalarında Azərbaycan Bayrağını qaldırıb ölkəmizə medallar qazandırdığı kimi Emin də erməniləri torpaqlarımızdan iti qovan kimi qovub- döyüşüb və alınan torpaqlarımıza Azərbaycan Bayrağını sancıb. Suqovuşanın alınmasında, Xocavəndin alınmasında və digər döyüşlərdə mərdanə vuruşub. *Suqovuşanın alınmasında" iştirakına görə medalla təltif olunub. Emin bu gün də cəbhə xəttində xidmət edir. Bizə dünənki uşaq deyən böyüklərimizi hormətlə anaraq demək istəyirəm ki: əzizlərimiz, biz dünənki uşaqlar bu gün həm dünyanın İdman meydanlarında döyüşüb ad qazanırıq həm də bizim yetişdirdiyimiz gənclik müharibə meydanlarında döyüşüb Vətən torpaqlarını düşməndən azad edib. Bu həm də bizi yetişdirən boyuklərimizin uğurlarıdır.
Mən bunları sadəcə öz uşaqlıq dostumu təbrik eləmək üçün yazdım. Əziz qardaşım, dünyanın və həyatın bütün gözəllikləri nəsibin olsun. Nə yaxşı ki, varsan, nə yaxşı ki, doğulmusan və nə yaxşı ki ki, dostumsan. Bir daha səni təbrik edirəm əziz qardaşım, 100 yaşa! Sənə həyatda sevinc doğuran uğurlar arzusu ilə:

Yusif Məhəmmədoğlu


Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.
Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.
Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.
Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.
Ömrün Qəhrəman anları.. Və ya Asif Melikovun 50 illik yubleyinə dost təbriki.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ