Sizin reklam burada
Sizin reklam burada

BŞTİ-nin müdiri peyvənd olundu - FOTO

BŞTİ-nin müdiri peyvənd olundu - FOTO



“Azərbaycan Respublikasında koronavirus (COVID-19) xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) kollektivi vaksinasiya prosesinə qoşulub.

BŞTİ-dən verilən məlumata görə, modul tipli xəstəxanada həyata keçirilən vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva və müvafiq əməkdaşlar cəlb olunub.

Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən paytaxtda təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Vaksinasiya prosesinə paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ