Sizin reklam burada
Sizin reklam burada

Fevralın 1-dən məktəblər açılır?

Fevralın 1-dən məktəblər açılır?


Fevralın 1-dən etibarən Azərbaycanda ibtidai siniflərin ənənəvi dərs prosesinə qoşulması nəzərdə tutulur.

News24.az-ın məlumatına görə, sentyabrın 15-də olduğu kimi, 1 və 4-cü siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcək.

Bildirilir ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəblərdə tədris rejiminə qayıdacağı gözlənilir.

Təhsil Nazirliyindən məsələyə cavab olaraq bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır: “Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Yanvarın 22-si Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ