Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olunmaq  istəyən abituriyentlərin nəzərinə!

2020/2021-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına
qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başlayır. Aİİ-nin
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün 31 avqust- 2
sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında
(https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov) müvafiq pəncərədən istifadə etməklə
qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul
olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın
təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət
imtahanlarını keçirmək məqsədi ilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər,
psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qabiliyyət imtahanı zamanı abituriyentlərin
ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə
əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir.
Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən İslamşünaslıq ixtisası üzrə ixtisas
seçimində iştirak edə bilərlər.
Qabiliyyət imtahanından məqbul almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda
ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə
buraxılmayacaqlar.
Qeyd edək ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən,
müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə
balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda, müsahibəyə buraxılırlar.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olunmaq  istəyən abituriyentlərin nəzərinə!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ