DataLife Engine / Emin iş ortağından pulunu ala bilmir - FOTO

Emin iş ortağından pulunu ala bilmir - FOTO


Emin iş ortağından pulunu ala bilmir - FOTO

Bir neçə il əvvəl iş ortağına 17 milyon 575 min rubl - təxminən 440 min manat borc verib geri ala bilməyən iş adamı, Xalq artisti Emin Ağalarov məhkəməyə müraciət edib.

Oxu.Az rus mediasına istinadən xəbər verir ki, 40 yaşlı sahibkar məhkəmə yolu ilə keçmiş biznes ortağı Stanislav Vitinskiyə qarşı iddia qaldırıb.

E.Ağalarov verdiyi borcun qaytarılmasını və ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edib.

Mətbuatda yayılan xəbərə görə, bir neçə il əvvəl E.Ağalarov və S.Vitinski birgə iş birliyinə imza atıblar.
İkili əşyalar və mal alış-verişi üçün qeyri-adi biznes xidmətinə əl qoyublar.

Sözügedən layihə uğur qazansa da, E.Ağalarov biznesdən uzaqlaşıb.

Qeyd edək ki, bu gün keçirilməsi gözlənilən yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.

Emin iş ortağından pulunu ala bilmir - FOTO
9-06-2020, 17:47
Geri dön