Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi

Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi

Müəllif: cavidan
//
28 Temmuz 2020
//
//

Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi

Erməni müğənni Levon Toposyanın Türkiyədə keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Xeberleragentliyi.com xarici KİV-ə istinadən xəbər verir ki, tədbir iyulun 24-də Eskişehirdə yerləşən "Mühtəlif" restoranında planlaşdırılıb. Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, məsələdən xəbər tutan kimi məkanın rəhbərliyi ilə əlaqə yaradıb.

Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, Azərbaycan tərəfinin şəhid verdiyini, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, ermənilərin ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib.

Bundan sonra restoranın erməni müğənni ilə imzaladığı müqavilə ləğv edilib.
Xəbər Lenti Giriş Populyar Reklam