Sizin reklam burada
Sizin reklam burada

Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə: Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur

Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə: Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur


Vaksinasiya prosesi nece davam edir?
8 fevral tarixindən etibarən yaşı 65-dən yuxarı, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası prosesi həyata keçirilir. Martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb.
İlkin olaraq, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib. Qeyd edək ki, pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesində iştirak etmək istəyənlər randevu.its.gov.az saytından qeydiyyatdan keçdikdən sonra poliklinikaya müraciət edə bilərlər. Qeydiyyat prosesində çətinlik yaşayan vətandaşlara bu mövzuda da yardım göstərilir. Vətəndaş poliklinikaya zəng edərək şəxsi məlumatlarını qeydiyyat şöbəsindəki tibb işçisinə verməklə qeydiyyat sisteminə daxil edilir. İlk doza üçün qeydiyyatdan keçdikdən sonra mesaj şəklinə hər 2 dozanın tarix və saatı vətəndaşa göndərilir. İkinci qeydiyyatın olmaması vətəndaşlar üçün də asanlıq yaradır.
Peyvəndlənmə zamanı hansı çətinliklərlə rastlaşırsınız?
Bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir. Qeyd etmək istəyirəm ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir. Əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır. Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Bizim işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik.
Vaksin olunduqdan sonra hər hansı bir şikayətlə sizə müraciət edən vətəndaşlar olubmu?
Təkcə COVID-19 vaksini yox bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq.
Bəzi insanların vaksindən imtina etmələrini necə dəyərləndirisiniz?
Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir (iştiraka dəvət edirik). Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəkələrdə paylaşılan yalnış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür.

  • Sosial şəbəkədə paylaş