Sizin reklam burada
Sizin reklam burada

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi - VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi - VİDEO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ