DataLife Engine / Səhər yeməyi qadağan olmalıdır? - Məşhur professordan ÇAĞIRIŞ

Səhər yeməyi qadağan olmalıdır? - Məşhur professordan ÇAĞIRIŞ

Səhər yeməyi qadağan olmalıdır? - Məşhur professordan ÇAĞIRIŞ

Səhər yeməyi yemək hər zaman faydalı, yeməmək isə sağlamlıq baxımından çox ziyanlı sayılıb.
Amma dünyada məşhur olan həkim, türkiyəli ürək-damar cərrahı, professor Mehmet Öz bununla bağlı çoxlarını təəccübləndirən əks fikirlər səsləndirib.
e-tibb.az xəbər verir ki, məşhur cərrab "əslində səhər yeməyi qadağan olunmalıdır", - deyə vurğulayıb.
Səhər yeməyinin günün ən önəmli qidası sayılması haqda fikirlərin heç bir əsasının olmadığını açıqlayan professor, bunun sadəcə, reklam olduğunu bildirib.
Mehmet Öz açıqlamasında deyib ki, 2020-ci ildə atılacaq əsas addımlardan biri səhər yeməyini qadağan etmək olmalıdır: “Səhər yeməyi yeməyin vacib olduğunu düşünmürəm. Bu, reklam aldatmasıdır”.
Mehmet Öz təəssüflə deyib ki, on illərdir bununla bağlı deyilənlər əslində sağlamlıq haqqında həqiqətlərə söykənmir və qəhvəaltını ümumiyyətlə, həyatımızdan çıxarmaq ən düzgün addım olar.
Çox insanların səhər oyanan kimi ac olmasalar belə, səhər yeməyi yediklərini deyən Mehmet Öz bunun yerinə səhər yeməyi ilə günorta yeməyini birləşdirməyi doğru sayır: “Bu, sağlamlıq baxımından daha düzgündür”.
16-01-2020, 18:42
Geri dön