Sizin reklam burada
Sizin reklam burada

Ukraynanın hərbi jurnalisti: “Ağdamda şəhərə və onun sakinlərinə qarşı əsl soyqırımı baş verib” - VİDEO

Ukraynanın hərbi jurnalisti: “Ağdamda şəhərə və onun sakinlərinə qarşı əsl soyqırımı baş verib” - VİDEO


Ukraynanın “İnter” telekanalının hərbi müxbiri Roman Boçkara işğaldan azad olunmuş ərazilərə səfəri zamanı təəssüratlarını Baku TV ilə bölüşüb.

O, bildirib ki, karyerası ərzində çox sayda hərbi münaqişə bölgələrində olsa da, burada gördüyü dağıntıların miqyası onu dəhşətə gətirib.

“Əslində mən hələ 2012-ci ildə Azərbaycanda olmuşam və Qarabağ problemilə bağlı hesabat hazırlamışam. Amma iki il sonra Ukrayna ərazisinin bir hissəsi işğal, bir hissəsi isə anneksiya olunduqdan sonra bu bizim ortaq problemimizə çevrildi. Biz həmişə beynəlxalq arenada Azərbaycanın dəstəyini hiss etmişik. Ukrayna da Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Bir hərbi jurnalist olaraq, indiyədək çox sayda münaqişə bölgələrində olmuşam. Amma Qarabağda, xüsusilə də Ağdamdakı dağıntıların miqyası məni dəhşətə gətirib. Bunu heç nə ilə müqayisə etmək olmaz. Hətta Suriyanın Homs şəhərində belə bəzi rayonlarda total dağıntıları görmək mümkün idi. Amma bütün şəhərin bu cür yerlə-yeksan edilməsini mən ilk dəfədir ki görürəm və heç vaxt da unutmayacağam. Məncə, bununla ermənilər bu torpaqlardan azərbaycanlıların izlərini silmək, onları qorxudmaq istəyiblər. Fikrimcə, Ağdamda şəhərə və onun sakinlərinə qarşı əsl soyqırım baş verib”, - deyə jurnalist qeyd edib.

Onun sözlərinə görə, hazırda ərazilərin bərpası işlərinin belə sürətlə aparılması inanılmazıdır. Qısa müddət ərzində çox işlərin görüldüyünü bildirən R.Boçkara burada dövlət tərəfindən hər şeyin öncədən planlaşdırıldığını da dilə gətirib. Hərbi jurnalist bu topraqların yenidən canlandırılmasının ən düzgün qərar olduğunu da vurğulayıb.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ