Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə 11 yaşlı qız özünü asaraq intihar etdi

Türkiyədə 11 yaşlı qız özünü asaraq intihar etdi


Türkiyənin Diyarbakır vilayətində baş vermiş hadisə eşidənləri dəhşətə gətirib.

“Haber Global”ın verdiyi məlumata görə, Kayapınar ilçəsi, Musa Anter küçəsindəki mənzildə intihar hadisəsi baş verib.

İntiharın ən dəhşətli tərəfi isə öz canına qıyan şəxsin 11 yaşlı qız usağı olmasıdır.

Qızın anasının sözlərinə görə, faciə onun eyvanda paltar sərdiyi vaxtda baş verib. Bu vaxt ərzində ana qızının otaqda dərslərilə məşğul olduğunu düşünüb.

Lakin işini bitirdikdən sonra içəri keçən qadın qızının intihar etdiyini görüb. 11 yaşlı uşaq anasının şərfi ilə özünü geyim dolabından asıb.

Hadisə yerinə gələn polislər qadının ifadələrinə inanmayıblar. Hazırda ana şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ