Sizin reklam burada
Sizin reklam burada

Əlcəzairin Bakıdakı səfirliyi 18 fevral 2021 Şəhid gününü qeyd edib

Əlcəzairin Bakıdakı səfirliyi 18 fevral 2021 Şəhid gününü qeyd edib


Əlcəzairin Bakıdakı səfirliyi Əlcəzairin azad və müstəqil yaşaması uğrunda döyüş meydanında mübarizə aparan milyonlarla şəhidlərin xatirəsinə anım və bayraq qaldırmamərasimi keçirir.
Şəhidlərgününün qeyd olunması 18 fevral 1990-cı ildə elan edilib. Bu gün hər il fevral ayının 18-də qeyd olunur. Əlcəzairin azad və müstəqil yaşaması uğrunda həyatını qurban verən milyonlarla əlcəzairlinin sədaqətini simvolizə edir. Bu həmçinin, xalqımızın inqilabi keçmişinin əbədiyyət tarixidir.
Hər anımgünü 132 illik vəhşi fransız müstəmləkəçiliyindənöz şərəfli keçmişi və böyük fədakarlıq bahasına azad edilmiş ölkələrinin inqilabi tarixi ilə qoruyub saxlamalı olan gənc nəsillərə milli tarixin və onun tədrisinin vacibliyini vurğulamaq üçün bir fürsətdir.
Müstəqillik uğrunda bir milyon yarım şəhid 1954-cü ilin son noyabr inqilabı zamanı şərəf meydanında mübarizə apardı. Əslində, 1830-cu ildən etibarən fransız işğalına müqavimət göstərənşəhidlərin çoxu Emir Abdelkader, Şeyx əl-Mokrani, Şeyx əl-Haddad, Şeyx Buamama, Fadhma Sumar və s.başçılıq etdiyi inqilablarda və epik qiyamlarda həyatlarını qurban verdilər.
Bu qurbanlarƏlcəzair inqilabını bütün əlcəzairlilərin, eləcə də bütün dünya xalqlarının xatirəsinə həkk etdi və sonrakı nəsillər üçün əcdadlarından qalan azadlığın ölçülməz bir susuzluğunu vəyorulmaz qüruruqoruyumağa bir yol açdı.
Bu gün Şəhidlər günü,öz torpaqlarını geri qaytarmaq uğrunda həyatlarını qurban verən və öz ölkələrinin azadlığı uğrunda mübarizə aparan azərbaycanlılar kimi,azadlığı hər şeydən üstün tutan və öz ölkəsinin müstəqilliyi uğrunda həyatlarını qurban verən əlcəzair şəhidlərinin xatirəsini anmaq üçün qeyd olunur.
Bu gün, Allahın istəyi və şanlı şəhidlərimizin sayəsində, Əlcəzair azad və müstəqildir. O, beynəlxalq birliyin üzvü statusunu qəbul edir və sülh və çiçəklənən dünya naminə olan ölkələr sırana qoşulur.
Əlcəzair xalqı şəhidlərimizin böyük qurbanlar verdiyi çiçəklənən gələcəyə gedən yolu davam etdirəcəkdir. Bu, böyük məqsəddir, lakin dəfələrlə nümayiş etdirdikləri kimi, əlcəzairlilər bu vəzifənin öhdəsindən gələ bilir və bunu həll edə bilirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ