Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?

Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?

Müəllif: lennon
//
11 Haziran 2019
//
//

Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?


Şimali Koreya Prezidenti Kim Çen Inın 2017-ci ildə Kuala-Lumpurun hava limanında qətlə yetirilən qardaşı Kim Çen Nam ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumat verəni olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz şəxsi mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, o, ölümündən öncə və qətlə yetirildiyi gün Malayziyada MKİ-nın əlaqələndiricisi ilə görüşüb. Adı açıqlanmayan, Koreya-Amerika əsilli şəxslə görüş Lanqkavi adasında baş tutub.

Nəşr yazır ki, vəfatından bir neçə il əvvəl Şimali Koreyanı tərk etmiş Kim Çen Namın Çin də daxil olmaqla digər ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıq etdiyi ehtimal olunur.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam