DataLife Engine / Ronaldu “Yuventus”da 95 illik rekordu yenilədi

Ronaldu “Yuventus”da 95 illik rekordu yenilədi

Ronaldu “Yuventus”da 95 illik rekordu yenilədi


Portuqaliyalı hücumçu Kriştianu Ronaldu bir mövsümdə vurulan qolların sayına görə “Yuventus”un rekordunu yeniləyib.

Bu barədə “Squawka” məlumat yayıb.

“Lion”la ÇL çərçivəsində görüşdə iki dəfə fərqlənən K.Ronaldu mövsümdə 37-ci qolunu vurub. Bu isə klub üçün rekord olub.

O, bununla 95 illik rekordu yeniləyə bilib. Belə ki, buna qədər “Yuve”də rekord 1925-1926-cı illər mövsümündə Ferents Hirtser tərəfindən vurulmuş 35 qol olub.

8-08-2020, 11:23
Geri dön