“Qarabağ”ın rəqibində koronavirus şoku » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » “Qarabağ”ın rəqibində koronavirus şoku

“Qarabağ”ın rəqibində koronavirus şoku

Müəllif: cavidan
//
24 Kasım 2020
//
//

“Qarabağ”ın rəqibində koronavirus şoku

Türkiyənin "Sivasspor" klubunun daha 2 futbolçusunda və komandanın məşqçisində koronavirus aşkarlanıb.

Bu barədə klubun rəsmi saytında açıqlama verilib.

Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar. Həmçinin daha əvvəl analiz nəticəsi müsbət çıxmış oyunçulardan birinin sağaldığı bildirilib. Hazırda komandada koronavirus xəstəsi olan 7 futbolçu var.

Qeyd edək ki, "Sivasspor" UEFA Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la qarşılaşacaq. Matç noyabrın 26-da Türkiyədə baş tutacaq.
Xəbər Lenti Giriş Populyar Reklam