Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

Müəllif: cavidan
//
21 Eylül 2020
//
//

Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər


Dekabrda keçirilməsi planlaşdırılan güləş üzrə Azərbaycan çempionatının qapalı məkanda baş tutması üçün Nazirlər Kabineti yanında operativ qərargahdan icazə alına bilər.

Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib:

“Pandemiya ilə əlaqədar yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin (4-10 dekabr) və böyüklərin (12-20 dekabr) dünya çempionatı keçirilə bilər. Çünki təşkilatçı ölkə Serbiya Şengen ərazisi deyil və problem yaşanmayacaq. Məsələn, Finlandiyadakı U-23-lərin dünya çempionatı (23-29 noyabr) ləğv edilməyib keçirilsəydi, hamı iştirak etməyə bilərdi. Çünki Finlandiya Şengen ölkəsidir və Azərbaycan kimi Şengen zonasına daxil olmayan ölkələrdən olan idmançılar orada karantinə alınacaqdı. Dünya Güləş Birliyi (UWW) Belqraddakı dünya çempionatları ilə bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.

Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakı ilə bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq”.

O, dekabrda Azərbaycan çempionatı keçirmək istədiklərini də bildirib:

“Dekabrın əvvəllərində Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Çünki Belqraddakı dünya çempionatı üçün heyəti müəyyənləşdirməliyik. Ümumiyyətlə, biz dövlətin razılığı olmadan iş görmürük. Əgər qapalı zallarla bağlı qərar qüvvədə qalsa, tamaşaçısız olmaq şərtilə yarışı keçirmək üçün hökumətə müraciət edəcəyik”.
Xəbər Lenti Giriş Populyar Reklam