Sizin reklam burada
Sizin reklam burada

“Bavariya” “Barselona”nı meydana çıxmağına peşman etdi - VİDEO

“Bavariya” “Barselona”nı meydana çıxmağına peşman etdi - VİDEO




Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Oxu.Az xəbər verir ki, üçüncü yarımfinalçı da bəlli olub.

Mərhələnin ən böyük maraq doğuran qarşılaşmasında “Barselona” ilə “Bavariya” üz-üzə gəlib.

Bir çox futbolsevərin erkən final olaraq ifadə etdiyi qarşılaşma gözlənildiyi kim yekunlaşmayıb.

Belə ki, oyunu ekranlardan izləyən azarkeşlər ümumilikdə 10 qola şahidlik etsələr də, fərq fantastik olub.

“Bavariya” “Barselona”nı 8:2 hesabı ilə darmadağın edib.

Münhenlilər yarımfinalda avqustun bu gün keçiriləcək “Mançester Siti” – “Lion” oyununun qalibi ilə görüşəcək.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ