Sizin reklam burada
Sizin reklam burada

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı  protezlərlə təminatı davam edir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.
Onlardan Əliyev Vasif Şakiroğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki DövlətTibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib.
Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlar da maneəsiz dönməyə və s. imkan verir.
https://www.youtube.com/watch?v=-0WYhRYjMvc&feature=youtu.be&ab_channel=Az%C9%99rbaycanRespublikas%C4%B1n%C4%B1n%C6%8Fm%C9%99kv%C9%99%C6%8FhalininSosialM%C3%BCdafi%C9%99siNazirliyi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ