Ana səhifə > Arxiv, Mədəniyyət > Üzeyir Hacıbəylinin yaradıcılığı rəssamların gözü ilə...

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Üzeyir Hacıbəylinin yaradıcılığı rəssamların gözü ilə...


8-11-2018, 13:02. Müəllif: Gulnare
Üzeyir Hacıbəylinin yaradıcılığı rəssamların gözü ilə...

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçirilib.

AZƏRTAC xəbər verir ki, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb. Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini rəsm qalereyasının sərgi salonunda tablolara köçürüblər.

Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.
Geri qayıt