Ana səhifə > Arxiv / Cəmiyyət > Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi


8-11-2018, 10:26. Müəllif: Gulnare
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı kimidir:

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri kollegiyanın sədri,

Ekologiya və təbii sərvətlər nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

Nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

Nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.
Geri qayıt