Ana səhifə > Arxiv, Mədəniyyət > Amaliya Pənahova vəfat etdi - YENİLƏNİB

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Amaliya Pənahova vəfat etdi - YENİLƏNİB


8-11-2018, 10:15. Müəllif: Gulnare
Amaliya Pənahova vəfat etdi - YENİLƏNİB

10:07

Xəbəri Trend-ə Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.

-----------

09:57

Xalq artisti Amaliya Pənahova vəfat edib.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

"Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım... Əlim gəlmir yazmağa".

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.
Geri qayıt