Ana səhifə > Arxiv, İqtisadiyyat > Almaniya şirkətlərini İrana qarşı sanksiyalardan qorumağa çalışır

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Almaniya şirkətlərini İrana qarşı sanksiyalardan qorumağa çalışır


5-11-2018, 17:48. Müəllif: Gulnare
Almaniya şirkətlərini İrana qarşı sanksiyalardan qorumağa çalışır
Almaniya Avropa İttifaqı ilə ABŞ-ın İrana qarşı sanksiyalarından əziyyət çəkə biləcək şirkətlərinin qorunması imkanlarını müzakirə edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində brifinqdə bildirib.

"Qüvvəyə minən sanksiyalar ABŞ-ın İranın nüvə sazişindən çıxmasının nəticəsidir. Artıq bir neçə dəfə ABŞ-ın Birgə Hərtərəfli Tədbirlər Planından çıxmaqla bağlı qərarına təəssüfləndiyimizi söyləmişik. Hazırda bunun Almaniya iqtisadiyyatına necə təsir edəcəyini qiymətləndirmək mümkün deyil. Avropalı tərəfdaşlarımızla birgə vəziyyəti izləyirik, bu müqavilənin iqtisadi bazasını necə qoruyub saxlaya biləcəyimizə və müəssisələrimizi necə qoruyacağımıza dair variantları nəzərdən keçiririk", - Ş.Zaybert deyib.
Geri qayıt