Ana səhifə > Arxiv / Gündəm > Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı


6-10-2018, 17:48. Müəllif: Gulnare
Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı

Gəncədə itkin düşən qadın tapılıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
Geri qayıt