Ana səhifə > Arxiv / Hadisə > Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada öldü

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada öldü


13-09-2018, 11:30. Müəllif: Gulnare
Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada öldü

Gəncə şəhərində beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb.


Qadın beşinci mərtəbədən yıxılıb
Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, 35 yaşlı Turan Yadigar qızı Əliyeva sentyabrın 12-də yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Geri qayıt