Ana səhifə > Arxiv / Son Xəbərlər / Siyasət > Silahlı Qüvvələrin Yardım Fonduna 43,5 milyon dollarlıq vəsait

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Silahlı Qüvvələrin Yardım Fonduna 43,5 milyon dollarlıq vəsait


1-12-2012, 22:00. Müəllif: Anar
Silahlı Qüvvələrin Yardım Fonduna 43,5 milyon dollarlıq vəsait

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 1 366 785 manat artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Dekabrın 1-i vəziyyətinə Fondun manat hesabında 33 899 292 manat, 202 791 ABŞ dolları və 593 Avro vəsait olub. Fondun ABŞ dolları və avro hesabındakı vəsaitin həcmində dəyişiklik olmayıb.

Ümumilikdə Fondun vəsaitləri 43 milyon 403 min 882 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Geri qayıt