Ana səhifə > Arxiv / Gündəm > Bakıda 45 ünvanda “cib” tipli dayanacaqlar salınır - FOTO

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bakıda 45 ünvanda “cib” tipli dayanacaqlar salınır - FOTO


7-09-2018, 21:30. Müəllif: Gulnare
Bakıda 45 ünvanda “cib” tipli dayanacaqlar salınır - FOTO

Bakıda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.

Xeberleragentliyi.com bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, "cib" tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.
Geri qayıt