Ana səhifə > Arxiv, Sosial > Havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


12-07-2018, 13:45. Müəllif: Gulnare
Havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək.



Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


Geri qayıt